Mitsubishi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mitsubishi Group
三菱グループ
Ümumi məlumatlar
Tipi ictimai şirkət, Konqlomerat
Sənaye ticarət[1]
Məhsulları maşınqayırma, Telekommunikasiya, Maliyyə xidmətləri, sığorta, tikinti[d], daşınmaz əmlakın inkişafı, tikinti
Təsis tarixi 1870
Baş qərargahın yeri Yaponiya Yaponiya, Tokio
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 532.600.000.000 $ (oktyabr 2018)
Xalis mənfəəti
  • 7.100.000.000 $ (2018)
Əməliyyat mənfəəti
  • 7.200.000.000 $
Struktur
İşçi sayı
  • 350.000 nəf. (2010)
Tərəfdaşlar Nikon
Rəhbərlik
Təsisçi
mitsubishi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mitsubişi — Yaponiyada ilk seriyalı avtomobil istehsalçısı.

Hər şey 1870-ci illərdə başladı. Gənc sahibkar İvasaki Yataro Tsukomo Şokai adlı kiçik paroxod şirkətinin əsasını qoydu və 1875-ci ildə adı bir neçə dəfə dəyişildikdən sonra o, "Mitsubishi Mail Steamship Company" ("Mitsubishi" poçt paroxod şirkəti) adlandırılmağa başladı. Hazırkı bütün müasir "Mitsubishi" şirkətlərinin əcdadı bu cür yarandı.

İvasaki ailəsi "Mitsubishi" şirkətinin sahibi idi və onu idarə edirdi. Fəaliyyət sahəsi sürətlə inkişaf edən şirkət müharibəyə qədər Yaponiyada (II Dünya müharibəsinə qədər) ən böyük və güclü müxtəlif cəhətli şirkətlərdən birinə çevrildi. 1945-ci ilin sonu üçün "Mitsubishi" gəmiçiliklə yanaşı, gəmiqayırma, bank fəaliyyəti, nəqliyyat xidmətləri, faydalı qazıntıların hasilatı, daşınmaz əmlakla əməliyyatlar, kimya istehsalı və bir çox digər fəaliyyət növləri ilə məşğul olmağa başladı.

İvasaki sahibkarlar ailəsindəki yapon həssaslığı, intizam və kəskin məsuliyyət hissi "Mitsubishi" şirkətlərində bu günədək qorunub saxlanılır. "Mitsubishi"nin avtomobil istehsalçısı kimi bərqərar olduğu iyirmi il ərzində bütün idərəedicilər yeniliklər yaratmaq, təzə texnologiyaları o vaxtlar yaranmaqda olan Yaponiya sənayesində tətbiq etmək təşəbbüsünə yönəldilmişdi. Bu təşəbbüs "Model-A" tarixi minik avtomobilindən başlayıb. 4 il ərzində istehsal edilən bu avtomobil cəmiyyət tərəfindən o qədər yüksək qiymətləndirilib ki, 1922-ci ildə o, Yaponiya Sənaye sərgisinin eksponatına çevrilib. "Model-A" "Mitsubishi"yə Yaponiyanın başlıca avtomobil istehsalçılarından biri kimi bərqərar olmaqda kömək edib.

1918-ci ilin əvvəlində "Mitsubishi" özünün ilk yük maşınını, eksperimental T1 modelini yaradır. T1 yük maşını Yaponiya hökumətinin sponsorluq etdiyi 1000 kilometrlik testdən uğurla keçir və öz konstruksiyasının uzunömürlüyünü və etibarlığını təsdiq edir. "Mitsubishi" üçün 1931-ci il avtomobilqayırma sahəsində ilk böyük sıçrayış ili oldu – "Mitsubishi" kollektivi Yaponiyada avtomobil nəqliyyatı üçün ilk dizel mühərriki (yanacağın bilavasitə vurulması sisteminə malik, gücü 70 a.g. olan 450AD modeli) yaratdı. Bir ildən sonra ilk dəfə o vaxtlar üçün ən böyük və güclü hesab edilən, "Fuso" yük şöbəsinin bütün dünyada məşhur avtomobillərinin əcdadı olan "Mitsubishi" avtobusu (B46) buraxılır.

1930-cu illərdəki sıçrayış xüsusilə hiss olunan idi. "Mitsubishi" yeni ideyaları, işləmələri tətbiq edir ki, onların çoxu Yaponiyanın avtomobil sənayesində ilk dəfə tətbiq edilir. Onlardan ən əhəmiyyətlisi bunlar idi: tamötürücülü sərnişin avtomobilinin prototipi PX33 (1934-cü il), dizel avtobusları BD46 və BD43 (1935-ci il), forkameralı dizel SHT6 və dizel mühərrikinə malik TD45 yük maşını.

Şübhəsiz, bu müddət ərzində "Mitsubishi" tərəfindən irəli sürülən bütün yenilik və kəşflər sənaye istehsalında tətbiq edildi. Amma daha vacib olanı budur ki, "Mitsubishi"nin təcrübə etmək, yeni ideyalar axtarmaq və onları işləyib hazırlamaq cəhdi "Mitsubishi" firmasının sonrakı illərdə ona yaxşı xidmət göstərən bilik və texnologiyalarının əsasını qoydu.

"Mitsubishi" milli iqtisadiyyatı bərpa edir

[redaktə | mənbəni redaktə et]

Məlum olduğu kimi, İkinci Dünya Müharibəsindən sonra Yaponiya xarabalıqlar içərisində idi, onun iqtisadiyyatı isə, demək olar, tamamilə məhv edilmişdi. Ölkənin iqtisadi perspektivə malik olması üçün yollar şəbəkəsinin bərpası və genişləşdirilməsi də daxil olmaqla infrastrukturun və sənayenin bərpası üzrə geniş proqram işləyib hazırlamaq zəruri idi.

Müttəfiq Qoşunların Komandanlığının əmrinə əsasən, sənaye-maliyyə qrupları (dzaybatsu) ləğv edilir. "Mitsubishi Heavy Industries" üç regional şirkətə ayrılır və 1950-ci ildə onların hər biri avtomobil biznesinə cəlb olunur. Bu,"Mitsubishi"nin rəngarəng və qismən bir-birini ötüb keçən model sırasını izah edir, lakin iqtisadi zərurət 40-cı illərin sonu – 50-ci illərdə şirkətin tərəqqisinin əsas hərəkətverici qüvvəsi idi.

1957-ci ildə "Mitsubishi" ilk iri ixracı həyata keçirərək Çiliyə 600 R32 avtobusu göndərir. 1946-cı ildə "Mizushima" – kiçik, etibarlı və ucuz üçtəkərli avtomobil işlənib hazırlanır ki, o, müharibədən sonrakı dövrdə insanların və yüklərin qısa məsafələrə daşınması üçün ideal idi. Tezliklə avtomobilə iki nəfərlik bağlı kabinə quraşdırılmağa başladı. "Mitsubishi" o vaxtlar dağılan Yaponiya iqtisadiyyatı və yanacaq çatışmazlığından daha da ağırlaşan iqtisadi vəziyyət şəraitində zəruri kommersiya avtomobilləri istehsal edir. İstehsalı 1946-cı ildə başlayan "Mitsubishi B1" avtobusu həm benzinlə, həm də alternativ yanacaqla işləyə bilirdi.1947-ci ildə ilk "Mitsubishi MB46" trolleybusu meydana çıxır.1950-ci ildə "Mitsubishi" Yaponiyada ilk arxamühərrikli avtobus –"Mitsubishi R1"i yaradır. Yük avtomobillərinin istehsalı sahəsində "Mitsubishi" Yaponiyada ilk yol açanlar ənənəsini davam etdirir. 1951-ci ildə orijinal şassi növü ilə təchiz olunan "T31" yük maşını, onun ardınca isə "Mitsubishi T33" yük maşını və "Mitsubishi T380" – Yaponiyada ilk kapotsuz yük maşını (açılan kabinəyə malik) meydana çıxır.

Yaponiyada minik avtomobili erası başlayır

[redaktə | mənbəni redaktə et]

Nəhayət, 60-cı illərin əvvəli üçün Yaponiya iqtisadiyyatı yüksəliş dövrünü yaşayır. Əhalinin əmək haqqı artır və bir çox adamlar artıq minik avtomobilləri əldə etmək imkanı qazanırlar. Şəxsi minik avtomobili ideyası yaponların ağıllarına və ürəklərinə sahib olmağa başladı və 1960-cı ildə "Mitsubishi 500" – kütləvi istehlakçı üçün nəzərdə tutulan minik avtomobili meydana çıxır və yaponiyalının şəxsi avtomobili barədə arzusunu gerçəkliyə çevirməyə imkan verir.

Sonra 1962-ci ildə "Minica" (Minika) –ilk yığcam sinfə məxsus 4 yerlik avtomobil meydana çıxır. "Mitsubishi 360"ın şassisi üzərində qurulan "Minica" hava soyuducusu olan, 359 kub.sm-lik işçi həcminə malik ikitaktlı mühərriklə təchiz olunmuşdu ki bu da onu ən az vergiyə məruz qalan avtomobillər kateqoriyasına aid etməyə imkan verirdi. Lakin bu, "Minica"nın yaxşı satılmasının yeganə səbəbi deyildi. O, çox etibarlı və qənaətcil avtomobil idi. Bu adlı-sanlı "Mitsubishi" avtomobilinin "kötücəsi" "Minica" adını bu günədək yaşadır.

Eyni sözləri istehsalı 1962-ci ildə başlayan "Colt 600"– daha iri və rahat ailə avtomobili haqqında da demək olar. 1965-ci ildə "Mitsubishi Colt 800" –Yaponiyada "fastbək" ("fastback") tərtib üsuluna malik ilk avtomobil meydana çıxır.

1969-cu ildə "Mitsubishi" daha yüksək sinfə malik avtomobillər bazarını fəth edir. "Colt Galant" ralli yarışlarında çoxsaylı qələbələr qazanan və dəfələrlə yüksək istehlak keyfiyyətlərinə görə "İlin avtomobili" mükafatlarını qazanan yüksək keyfiyyətli və nüfuzlu avtomobillərin bütöv bir ailəsinin banisi olub. Beləliklə, "Galant" 1969-cu ildə öz dövrünün ən yaxşı müasir nailiyyətlərini və texnologiyalarını təcəssüm etdirərək Yaponiyada avtomobil bazarının bütöv seqmentinin əcdadına çevrildi.

Mitsubishi Motors Corporation

[redaktə | mənbəni redaktə et]

70-ci illərin əvvəli üçün "Mitsubishi"nin avtomobil sahəsi heç vaxt olmadığı kimi aktuallaşdı, ona olan tələbat artdı və "Mitsubishi Motors Corporation"u yaratmaq qərara alındı. Beləliklə, "Mitsubishi Motors" yeni yaranan şirkətin nikbinliyi, eləcə də əcdadı"Mitsubishi Heavy Industries"dən irsən aldığı çox zəngin texnoloji təcrübə ilə 70-ci illərə qədəm qoydu. "Mitsubishi Motors Corporation" özünün əsas istiqamətlərindən biri kimi elmi-tədqiqi və istehsalat bazasından tutmuş distribütor şəbəkəsi və avtomobillərə servis xidmətinin göstərilməsinədək bütün istiqamətlər daxil olmaqla Yaponiyada şəxsi infrastrukturunun inkişafını seçdi. Və qanunauyğun olaraq şirkətin düzgün planlaşdırılmış strategiyası onu uğurla dünya bazarına çıxartdı.

1972-ci ildə "Galant 16GLS" 7-ci "Southern Cross" (Cənub Xaçı) Rallisinin – Avstraliyada keçirilən və dünya avtomobil mətbuatı tərəfindən işıqlandırılan çox nüfuzlu ralli-reydin mütləq sınağında qalib gəlir. Növbəti il eyni yarışlarda "Lancer 1600GSR" qələbə qazanır. "Lancer" 1974-cü ildə Avstraliyada keçirilən rallidə öz sələfinin uğurunu təkrar edir, eləcə də "East Africa Safari" rallisində qalib gəlir və bu qələbəni 1976-cı ildə də təkrarlayır. "Mitsubishi Motors Corporation" dünya arenasında öz avtomobillərinin çox gözəl texniki xarakteristikalarını və etibarlılığını nümayiş etdirir.

Qənaətcilliyi, yüksək güc və dinamik göstəricilərini özündə birləşdirən "Mitsubishi" avtomobilləri insanların təxəyyülünə hakim kəsilən yeni dünya standartı müəyyən etdilər. Onilliyin sonunda "Motor Fan" jurnalı "Mitsubishi Colt 1400 GLX" avtomobilinə Yaponiyada "İlin avtomobili" adını verir, "Pickup", "Van & 4WD" jurnalları isə "Mitsubishi L200"ü "USA's Pickup of the Year" adı ilə təltif edir.

"Mitsubishi Motors" həmçinin ən yeni "Silent Shaft" ("Səssiz val") texnologiyasını işləyib hazırlayaraq, "Mitsubishi Astron 80" mühərrikinin konstruksiyasına yığcam tarazlı valların müasir kütləvi texnologiyasını tətbiq edərək dünya avtomobilqayırma sənayesinə əhəmiyyətli töhfə verir. Bu kəşfə görə "Mitsubishi Motors" Yaponiyanın Avtomobil Texnoloji Assosiasiyasından "Elmi nailiyyətlərə görə mükafat" alır. "Porsche" ilə "Volvo" həmin texnologiya üçün "Mitsubishi Motors"dan lisenziya alır. "Mitsubishi"nin texnoloji nailiyyətləri bütün dünyada həm ona, həm də bütövlükdə yapon avtomobilqayırma sənayesinə layiqli hörmət qazandırır.

Mitsubishi – dünya avtomobil istehsalçısı

[redaktə | mənbəni redaktə et]

"Mitsubishi"nin dünya avtomobilqayırma sənayesində liderliyə can atması öz bəhrəsini verir. "Mitsubishi Motors Corporation"in istehsal etdiyi avtomobillərin yüksək keyfiyyəti şübhə doğurmur, deməli, korporasiya dünya avtomobil istehsalçısına çevrilmək üzrə strateji qərar qəbul edir. Şirkətin 80-ci illər ərzində, demək olar ki, bütün tarixi buna bariz nümunədir.

Dünya avtomobil istehsalçısı kimi "Mitsubishi"nin inkişafında əsas istiqamətlərdən biri əhəmiyyətli beynəlxalq tədbirlərə sponsorluq etməsi olub. "Mitsubishi Motors" həmin istiqamətdə ilk addımını ataraq 1984-cü ildə Sarayevoda keçirilən Olimpiya oyunlarında və 1987-ci ildə Zaqrebdə keçirilən Universiadada avtomobillərin rəsmi ixracatçısına çevrilir.

Olimpiya oyunlarında və Yuqoslaviyada keçirilən Universiadada "çıxış edən" "Mitsubishi Pajero" bir çox hallarda dünya istehsalçısı kimi "Mitsubishi Motors"un uğurunu təcəssüm etdirən bir avtomobildir. İstehsalı 1982-ci ildə başlayan "Pajero" o vaxtın bütün offrouderlərindən son dərəcədə fərqlənirdi. Bu, mükəmməl dinamik və texniki xüsusiyyətləri, yüksək rahatlıq və uğurlu dizaynı özündə birləşdirən əsl offrouder idi.

1983-cü ildə dünyanın ən ağır və təhlükəli rallisi sayılan Paris-Dakar rallisində "Mitsubishi Pajero" Marafon sinfində (modifikasiya edilməyən seriyalı offrouderlər) qalib gələrək komanda birinciliyini qazanır (Best Team Award). "Pajero" əfsanəsi bu cür yaranır. 1985-ci ildə "Pajero" Paris-Dakar rallisinin mütləq sınağında qələbə qazanır. Təəccüblü deyil ki, "Pajero" offrouderlər arasında "bestsellerə" çevrilir. Biz onlardan ən nüfuzlusunun adını çəkirik. "Pajero" 1986-cı ildə Böyük Britaniyada ilin offrouderi adına (UK's What Car) layiq görülüb.

Lakin yüksək mükafatlara layiq görülən təkcə "Pajero" deyil. 1984-cü ildə "Mitsubishi Galant" Almaniyanın "Das Goldene Lenkrad" (Qızıl sükan) mükafatını qazanır. Avropada və Rusiyada məşhur olan "Mitsubishi Colt" və "Lancer" avtomobilləri də həmin nüfuzlu mükafata layiq görülürlər. Vətəni Yaponiyada "Galant VR-4" "Yaponiyada 1987–88-ci illərin avtomobili" müsabiqəsində səs çoxluğu əldə edir. Elm və avtomobil texnikası sahəsindəki son nailiyyətləri özündə cəmləşdirən yüksək keyfiyyətli, etibarlı avtomobillərin istehsalçısı kimi "Mitsubishi"nin ad-sanı indi bütün dünyada çox məşhurdur.

80-ci illərin sonu üçün "Mitsubishi Motors" həmçinin bütün dünyada özünün müəssisələrini də genişləndirir. Ən əhəmiyyətli addım Bluminqtonda ( İllinoys ştatı) "Diamond Star Motors Corporation" ultramüasir zavodunun yaradılması oldu. Əvvəllər Krayslerlə birgə müəssisəyə məxsus olan, sonradan isə "Mitsubishi" tərəfindən əldə edilən bu müəssisə müasir "Mitsubishi Motors of America"nın əsasına çevrildi.

"Mitsubishi" XXI əsrin astanasında

[redaktə | mənbəni redaktə et]

Ötən əsrin son onilliyi ralli-reydlərdə "Pajero" üçün çox uğurlu olub. 1992-ci ildə (Paris-Keyptaun) "Mitsubishi Pajero" fəxri kürsünün bütün pillələrini tutdu.1993-cü il-də "Pajero" Paris-Dakar rallisinin qalibi oldu.1997-ci il-də əfsanəvi "Pajero" elə həmin çox ağır ralli-reyddə 1, 2, 3-cü yerləri tutur. Bu qələbələr siniflərdə çoxsaylı birinciliklərlə müşayiət olunub.

Bundan başqa, "Mitsubishi" avtomobilləri ralli üzrə dünya çempionatlarında (World Rally Championship) – avtomobilin hər cür yolda (hamar asfaltdan tutmuş daşlı-kəsəkli dağ və meşə yollarınadək) nəyə qadir olduğunu yoxlamağa imkan verən yarışda özlərinə ad qazanmağa başlayır. WRC-də ilk qələbə "Galant" tərəfindən "VR-4 Swedish Rally" və "Cote d'Ivoire" rallisində qazanılıb.1996 və 1999-cu illərdə ralli üzrə dünya çempionatı tarixində ilk dəfə "Mitsubishi" ralli komandasının pilotu Tommi Myakkinen "Lancer Evolution" avtomobilində bir-birinin ardınca dörd dəfə ralli üzrə dünya çempionu (WRC) adını qazanır.

1996–98-ci illərdə argentinalı yarışçı Qustava Treles "Mitsubishi Lancer"də çıxış edərək N qrupunda – faktiki olaraq, avtomobil dilerindən əldə etməyin mümkün olduğu seriyalı avtomobillər kateqoriyasında ralli üzrə dünya çempionatının qalibi olur. Bu qələbə "Mitsubishi"nin N kateqoriyasında bir sıra qələbələri arasında layiqli mərhələ idi.

Paralel olaraq "Mitsubishi Motors" dünya miqyasında özünün istehsalat gücünü genişləndirir. 1995-ci ildə "Mitsubishi" Avropada özünün ilk avtomobilini istehsal edir. Hollandiyadakı "Nedcar" zavodunun –"Mitsubishi Motors","Volvo" və Hollandiya hökuməti arasında birgə müəssisənin konveyerindən ilk "Carisma" avtomobili çıxır. 1996-cı ildə Avstraliyada "Sigma" sedanı və universalının, Taylandda isə L200 pikapının istehsalı başlayır.

Texnologiyaya gəldikdə isə, "Mitsubishi" XXI əsrin astanasında avtomobil və mühərrikqayırma, təhlükəsizlik və ekologiya sahəsində elm və texnikanın ən yeni nailiyyətlərinin yüksək keyfiyyəti və tətbiqinə əsaslanır. 1990-cı ildə "Mitsubishi Motors" "Sigma" avtomobilində ilk yedəkləməyəqarşı sistemi –"Traction Control System"i tətbiq edir.1991-ci ildə ikinci nəsil "Pajero"da məşhur "Super Select 4WD" offrouder transmissiyası və çoxrejimli ƏAS (əyləclərin antiblokirovka sistemi) meydana çıxır. 1996-cı ildə inqilabi "Mitsubishi GDI" mühərriki ("Gasoline Direct Injection") işlənib hazırlanır: az qala dizelə yaxınlaşan əlverişliliyi və benzin mühərrikinin gücünü özündə birləşdirən benzinin silindrlərə bilavasitə vurulması sisteminə malik ilk kütləvi mühərrik. 1997-ci ilin sonu üçün "Mitsubishi GDI" mühərriki Yaponiyanın daxili bazarı üçün "Galant", "Pajero", "Diamante", "Challenger" ("Montero Sport"), "Chariot" ("Space Wagon"), RVR ("Space Runner") və Avropa bazarı üçün "Carisma" avtomobillərində quraşdırıldı. Beləliklə, avtomobil istehsalçısı kimi meydana çıxdığı gündən 80 il keçsə belə, "Mitsubishi" bu gün də XX əsrin əvvəlində ilk yol açan ruhuna sadiq qalır – həmişə tərəqqi zirvəsində.

Yeni əsrə yeni nailiyyətlərlə

[redaktə | mənbəni redaktə et]

"Mitsubishi Motors" offrouder komandası üçün üçüncü minillik son dərəcə zəfərlə başladı. 2001-ci ildən 2005-ci ilədək olan dövrdə əfsanəvi "Dakar Ralli"sinin mütləq sınağında bir-birinin ardınca beş qələbə qazanıldı. Beləliklə, "Mitsubishi Motors" bu yarışların bütün tarixi ərzində ən uğurlu istehsalçıya çevrildi.

Yeniliklərin böyük hissəsini "Mitsubishi"dən olan yeniliklər təşkil edir. 2002-ci ildə "Space Star"ın restaylinq versiyası debüt edir. 2003-cü ilin yazında "Mitsubishi Outlander" offrouderinin satışı başlayıb. Elə həmin ilin avqustunda Moskva avtosalonunda 9-cu nəsil "Mitsubishi Lancer"in Avropa premyerası olub. 2004-cü ildə dərhal üç yenilik meydana çıxıb: sport-kar "Lancer Evolution VIII", "Grandis" miniveni və "V Colt" seqmentindən "Mitsubishi" üçün ilk hetçbek.

2004-cü il "Mitsubishi" üçün beynəlxalq mükafatlarla zəngin olub. Belə ki, "Lancer Evolution VIII" Fransa və ABŞ-də ən yaxşı idman avtomobili kimi tanınır, "Colt" isə Hollandiya və Danimarkada ilin avtomobili hesab edilərək "Qızıl Sükan" nüfuzlu mükafatına layiq görülür.

"Texnoloji yarış" davam edir və bu yarışda "Mitsubishi" özünün lider mövqeyini saxlayır. Qazpaylaşdırma fazaları və klapanların qaldırılma hündürlüyünün dəyişdirilməsi üzrə firma sistemi – MIVEC ("Mitsubishi Innovative Valve lift and time Electronic Control") geniş tətbiqini tapır."Pajero" əfsanəvi çoxrejimli "Super Select" transmissiyasına əlavə olaraq təkərlərarası differensialların "elektron" blokirovkalarının funksiyalarını və dinamik sabitləşmə sistemini özündə birləşdirən MASTC elektron sistemini əldə edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Mitsubishi Corporation // 20th Century Press Archives. 1908. 8 s.