SUV

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
2017 model bir Hyundai Tucson.

Sport utility vehicle, SUV və ya yolsuzluq avtomobili (az: idman təyinatlı avtonəqliyyat) — həm çəkmə qabiliyyətinə, həm də pikap yük maşını xüsusiyyətinə sahib bir avtonəqliyyat vasitəsidir[1]. Nəqliyyat vasitəsi həm mikroavtobus, həm də station wagon xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, asfalt olmayan ərazilərdə də hərəkət edə bilər[2].

Bəzi ölkələrdə bu vasitələrə “yolsuzluq avtomobili”, “dörd təkərdən çəkməli avtonəqliyyat” və ya “4WD” (4 Wheel Drive) deyilir[3][4][5]. Bununla birlikdə, bütün SUV avtomobillərinin dörd təkərdən çəkmə qabiliyyəti olmadığı kimi, bütün 4WD avtonəqliyyat vasitələri də SUV deyil[6]. Off-road nəqliyyat vasitələri tamamilə fərqli bir sinifdir və asfalt və ya asfalt yollardan başqa yollar üçün dizayn edilmişdir. Bəzi SUV avtomobillərinin yolsuzluq xüsusiyyətləri olsa da, bu xüsusiyyət əsasən bu cür nəqliyyat vasitələri üçün ikinci dərəcəli xüsusiyyətdir[7]. Bir çoxunun 2WD, 4WD yüksək çəkmə və 4WD aşağı çəkmə qüvvəsinin birindən digərinə keçid imkanı yoxdur. SUV avtomobillərinin gövdəsi digər minik avtomobillərinə nisbətən daha yüksək və daha geniş görünür. Yüksək və geniş korpusun yaratdığı ağırlığı daşıya bilmək üçün SUV nəqliyyat vasitələrinin mühərrikləri daha yüksək həcmdə olur və daha çox yanacaq sərf edirlər[8].

  1. Wardlaw, Christian. "What is a Crossover SUV?". J.D. Power. 15 September 2021. 12 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  2. "SUV Meaning: What is an SUV?". Car and Driver. 13 April 2020. 11 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  3. Rose, Joel. "Taller cars and trucks are more dangerous for pedestrians, according to crash data". npr.org. 14 November 2023. 3 October 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2024.
  4. Tyndall, Justin. "The effect of front-end vehicle height on pedestrian death risk". Economics of Transportation. 37. March 2024. doi:10.1016/j.ecotra.2024.100342. 29 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2024.
  5. Lawrence, Eric D.; Bomey, Nathan; Tanner, Kristi. "Death on foot: America's love of SUVs is killing pedestrians". Detroit Free Press. 1 July 2018. 14 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2019.
  6. Kommenda, Niko. "SUVs second biggest cause of emissions rise, figures reveal". The Guardian. 25 October 2019. İstifadə tarixi: 1 October 2024.
  7. "New registrations of SUVs in key car markets, 2010-2021 – Charts – Data & Statistics". iea.org (ingilis). 21 December 2021. 6 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2024.
  8. Gladwell, Malcolm. "Big and Bad". The New Yorker. 4 January 2004. 19 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2024.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Jacobs, David H. Sport Utility Vehicles: The Off-Road Revolution. New York: Todtri Book Publishers. 1998. ISBN 1577170857.